AQİL QADİR OĞLU QASIMOV

Aqil Qadir oğlu Qasımov 24 dekabr 1973-cü ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Babək rayon Zəynəddin kəndində ziyalı ailəsində anadan olmuşdur.

1981-1991-ci illərdə həmin kəndin S.Nadirli adına tam orta məktəbini oxumuşdur.

1991-1996-cı illərdə akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Kənd təsərrüfatı fakültəsinin aqronom ixtisasına daxil olmuş və alim-aqronom ixtisasını bitirmişdir.

1996-2001-ci illərdə Babək rayon Kərimbəyli kəndinin şərab zavodunda mikrobioloq vəzifəsində işləmişdir.

2001-2003-cü illərdə Naxçıvan meyvəçilik sort-sınaq məntəqəsində baş məsləhətçi aqronom işləmişdir.

2003-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitunun Zooloji tədqiqatlar şöbəsinin onurğasızlar laboratoriyasında böyük elmi işçi vəzifəsində çalişmışdır.

2004-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitunun disertantı olmuş, “Naxşıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarına zərərverən cücülər və onların entomofaqları” mövzusunda müdafiə etdiyi üçün ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

2013-ü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən entomologiya ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür.

 “Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarının zərərverən həşəratları və onların entomofaqları”, Naxçıvan, 2015,144 s.; monoqrafiyasının müəllifidir.

“Naxçıvan Muxtar Respublikasının Onurğasızlar Faunasının Taksonomik Spektri”, Naxçıvan, 2014, 320 s.; monoqrqfiyasının həmmüəllifidir.

“Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər atlas” Bakı-2018, 505 s. həmmüəllifidir.

Bilavasitə ölkə daxili və xaricində 33 elmi məqalənin müəllifi və həmmüəllifidir.

2016-2018-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyi yanında Fitosanitar Nəzarət Xidmətinin Karantin Ekspertiza Mərkəzində direktor müavini işləmişdir.

2018-2019-ci illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitunun Bakı regional 2 saylı sınaq laboratoriyasında entomologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2019-cu ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun Meyvəli Sınaq Laboratoriyasının müdürü vəzifəsi həvalə edilmişdir.

2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.