NƏZAKƏT NAMİK QIZI İSMAYIL-ZADƏ

İsmayıl-zadə  Nəzakət Namik qızı, 11 fevral 1981-ci ildə Gəncə şəhərində anadan olub.

1998-ci ildə orta məktəbi bitirib, 1998-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Aqronomluq” fakultəsinə qəbul olubdur.

         2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2002- ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Agronomluq fakultəsini bitirib.

2002 - 2004 – cü ilə qədər  Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “K.t.bitkilərinin toxumçuluğu” ixtisasında magistraturada oxuyub.

2012-ci ildə “Gəncə-Qazax bölgəsində günəbaxan bitkisinin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, “Entomologiya” ixtisası üzrə ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası biologiya üzrə fəlsəfə doktoru dərəcəsi verilib.

2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən entomologiya ixtisası üzrə dosent elmi adına layiq görülüb.

2006-2012-ci  illər  Azərbaycan Dövlət Aqrar Universiteti Bitkiçilik və bitki mühafizəsi kafedrasında assistent işləyib.

2012–2013 cü illərdə  Azərbaycan Dövlət Aqrar Universiteti Bitkiçilik və bitki mühafizəsi kafedrasında baş müəllim işləyib.

2013-cü ildə  Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişaf Fondunun qrant layihəsini qazanıb.

 Hazırda 2013-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin  Bitkiçilik və bitki mühafizəsi kafedrasında dosent  işləyib.

2017-2020-ci illər ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında icra oluna “Kənd Təsərrüfatının Rəqabət Qabilliyətinin Gücləndirilməsi” Layihəsinin   Bitki sağlamlığı və toxumçuluq üzrə mütəxəssisi  işləyib.

2018-ci ildən Kənd Təsərrüfatı Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müqaviləsi çərçivəsində “Xəstəliklərə, şoranlığa və quraqlığa davamlı mutant pambıq sortlarının yaradılması” layihəsinin koordinatoru çalışır.

2020-ci ildən Aqrar sığorta fondunun eksperti çalışır.

Rus, İngilis və Türk dillərini bilir, kompüterdən və müasir İKT-dən sərbəst istifadə edir.

40 məqalənin (10-u xaricdə nəşr olunmaqla), 1 ixtiranın, 1 dərs vəsaitinin, tövsiyələrin, atlasın müəllifidir.

Erasmus+plus, Mövlanə proqramları şərçivəsində xaricdə dəfələrlə təcrübə mübadiləsində olub, beynəlxalq konfranlarda yaxından iştrak edib.