MƏRDAN MƏRHƏMƏT OĞLU TAĞIYEV

Mərdan Mərhəmət oğlu Tağıyev 02 mart 1956-cı ildə Azərbaycan Respublikası Lerik rayonu Monidigah kəndində fəhlə ailəsində anadan olmuşdur.

1961-1971-ci illərdə həmin kəndin tam orta məktəbini bitirmişdir.

1975-1982-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvə-tərəvəz, üzümçülük fakültəsinə daxil olmuş və alim aqronom ixtisasını almışdır.

1975-1977-ci illərdə Sovetlər Birliyində hərbi xidmətdə olmuşdur.

1980-1983-cü illərdə Lerik rayon Üzümçülük və Şərabçılıq İstehsalat Birliyində  aqronom və böyük aqronom vəzifələrində çalışmışdır.

1983-1999-cu illərdə Bakı şəhər Sabunçu rayonu Maştağa Subtropik Sovxozunda bağçılıq aqronumu, baş aqronom və direktor müavini vəzifəsində işləmişdir.

1999-cu ildən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutu, Abşeron Təcrübə Stansiyasında Toksikologiya laboratoriya müdiri, Entomologiya laboratoriya müdiri və aparıcı elmi işçi vəzifələrində çatmışdır.

2014-2016-cı ildən  Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun dissertantı olmuş,  2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Atesttasiya Komissiyasının qərarı ilə bitki mühafizəsi ixtisası üzrə aqrar elmlər üzrə fəsləfə doktoru elmi dərəcəsini, 2019-cu ildə dosent elmi adını almışdır.

Müəllif 22 elmi məqalə dərc etmişdir. Onlardan 4-ü Rusiya Federasiyasının elmi jurnallarında dərc olunmuşdur. 2 kitabın:  “Parazit bitki kök nematodları (meloidogyne) və  onlara qarşı mübarizə tədbirləri”, “Azərbaycan Respublikası ərazisində yayılmış və karantin tətbiq edilən bitki nematodları” müəllifidir. “Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər” adlı atlasın nematodlar bölməsinin həmmüəlifidir və 1 metodiki göstərişin: “Parazitar bitki nematodlarının öyrənilməsi üsulları” müəllifidir.

Hal-hazırda  Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitunda aparıcı elmi işçi vəzifəsində işləyir.

Ailəlidir 4 övladı var.