Məmmədova Aytəkin Sabir qızı 30 may 1979-cü ildə Azərbaycan Respublikası Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur.
1985-1996-ci illərdə həmin qəsəbənin D.Qasımov adına 1 saylı tam orta məktəbini oxumuşdur.
1997–2001-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Aqronomluq fakültəsinin “Meyvə tərəvəzçilik və üzümçülük” ixtisasını bitirmişdir.
2001-2002-ci illərdə Goranboy rayonunda yerləşən “Bərəkət” kəndli-fermer təsərrüfatında aqronom vəzifəsində işləmişdir.
2002-2004–cü illərdə AKTA-nın Aqronomluq istiqamətinin “Tərəvəzçilik” ixtisaslaşması üzrə magistraturada oxumuşdur.
2004-2006-cı illər Goranboy rayonunda yerləşən “Elvin” kəndli-fermer təsərrüfatında aqronom vəzifəsində işləmişdir.
2006–2011-ci illərdə ADAU-nun “Bitkiçilik və bitki mühafizəsi” kafedrasında assistent vəzifəsində işləmiş, həmin dövrdə 2007-2011-ci illərdə ADAU-nun qiyabi dissertantı olmuş, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi adı verilmişdir.
“Tütün bitkisinin becərilmə texnologiyasına dair tövsiyələr” Gəncə-2019,76s. həmmüəllifidir.
“Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər atlas” Bakı-2018, 505 s. həmmüəllifidir.
Bilavasitə ölkə daxili və xaricində 27 elmi məqalənin, fənn proqramlarının müəllifi və həmmüəllifidir.
Hazırda ADAU-nun Bitki mühafizəsi kaferdasında dosent əvəzi vəzifəsində çalışır.