İLAHƏ FÜZULİ QIZI ƏLİYEVA

İlahə Fizuli qızı Əliyeva 30 iyul 1980-ci ildə  Azərbaycan Respublikası Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1987-1997-ci illərdə həmin şəhərin İsmət Qayıbov adına 1 saylı tam orta məktəbini oxumuşdur.

1998-2002-ci illərdə AKTA-nın Aqronomluq fakültəsinin alim-aqronom ixtisasını bitirmişdir.

2002-2004-cü illərdə AKTA-nın Botanika kafedrasında “Aqrogeobotanika” ixtisası üzrə magistr pilləsində təhsil almışdır.

2012-2016-cı illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin dissertantı olmuşdur. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2010-cu ildən hal-hazıradək Azərbaycan Dövlət Aqrar Universitetində çalışır. Biologiya kafedrasının dosent əvəzi vəzifəsini tutur.

“Botanikanın tədqis və tədqiqat metodları” dərs vəsaitinin həmmüəllifidir.  “Practical Botany” dərs vəsaitinin (ingilis dilində) müəllifidir.

 “Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər atlas” Bakı-2018, 505 s. həmmüəllifidir.

Bilavasitə ölkə daxili və xaricində 37 elmi məqalənin müəllifi və həmmüəllifidir.